29 C
Bakı
11 Avqust 2025 15:27
Dünya

Trampdan NÜVƏ XƏBƏRDARLIĞI: “Yalnız Allaha ümid edə bilərik” – VİDEO

“Biz bir neçə nüvə silahı yaratmışıq. Onlar o qədər dağıdıcıdır ki, insanları narahat edir”.

Tacxeber.com xəbər verir ki, bu fikirləri ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp “İlin Adamı” mükafatını təqdimat mərasimində çıxışı zamanı səsləndirib.

“Mən ordumuzu yenidən qurdum və arsenalımızdakı nüvə silahları ilə tanış oldum. Mən bunu etməyə nifrət edirdim, amma biz elə dağıdıcı silahlar əldə etdik ki, bu bizi narahat edir. Çünki onların məqsədinin nə olduğunu bilirsən. Biz yalnız Allaha ümid edə bilərik ki, ABŞ nüvə silahından istifadə etmir. Çünki bunu etsək, dünya heç vaxt əvvəlki kimi olmayacaq”, – deyə Tramp əlavə edib.

 

Qeyd edək ki, Donald Tramp “Time” jurnalı tərəfindən “İlin Adamı” mükafatına layiq görülüb.


Tacxeber.com

Oxşar xəbərlər

“İsrail və İran tam atəşkəsə razılaşıblar”

redaktor

Rusiyada səfərbərlik: “Ölkə vətəndaş müharibəsi astanasındadır”

admin

ABŞ-də şəhər mərkəzinə qoyulan çılpaq qadın heykəli narazılıq yaratdı – FOTO

redaktor