Dünya

“Meta” sahibi Trampa 1 milyon $ bağışladı

Mark Zukerberqin rəhbərlik etdiyi “Meta” korporasiyası ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın inauqurasiya fonduna 1 milyon dollar bağışlayıb.

 

Tacxeber.com The Wall Street Journal-a istinadla xəbər verir ki, Zukerberq bu yolla “Amerikanı xilas etmək” kitabında 2020-ci il seçkilərində ona qarşı sui-qəsddə ittiham edən və 2024-cü il seçkilərinə müdaxilə edəcəyi təqdirdə onu ömürlük həbslə hədələyən Trampla münasibətləri yaxşılaşdırmağa çalışır.

 

Bu addım korporasiyanın 2017-ci ildə nə Tramp Fonduna, nə də 2021-ci ildə Co Bayden Fonduna vəsait ayırmayan adi siyasətindən fərqlənir.

 

Noyabr ayında Zukerberq Trampla Mar-a-Laqo (Florida) iqamətgahında görüşüb.

Tacxeber.com

Oxşar xəbərlər

Pezeşkiana azərbaycanca yazılan məktub – İran “qarışdı”

redaktor

Tramp: ABŞ-ın NATO-dan heç nəyə ehtiyacı yoxdur, amma heç vaxt unutmamalıyıq

redaktor

Zelenski, Zalujnı və Budanov: Ukraynalılar ən çox kimə etibar edirlər?

redaktor