20 C
Bakı
20 Oktyabr 2026 16:02
DünyaHadisə

Cənubi Koreya yenə qarışdı – Polis Prezident Ofisinə basqın etdi

cenubi-koreya-yene-qarisdi

 

Cənubi Koreya polisi ölkə başçısı Yun Sok Yolun Prezident Ofisinə basqın edib, axtarış aparır.

 

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Yonhap” agentliyi məlumat yayıb.

Bildirilib ki, söhbət hərbi vəziyyət hadisələrinin araşdırılması üçün yaradılmış xüsusi istintaq qrupundan gedir.

 

Belə ki, ölkə prokurorları prezidentin ölkədə hərbi vəziyyət tətbiq etməsi ilə bağlı araşdırmalara başlayıb.

Xüsusi İstintaq Qrupu Prezident Ofisinə, Milli Polis Agentliyinə, Seul Polis Agentliyinə və Milli Assambleyanın Təhlükəsizlik Xidmətinə basqın keçirib.

Məlumata görə, Milli Polis Agentliyinin baş komissarı Ço Çji Ho və paytaxt polisinin rəisi Kim Bon Siki həbs edilib.

 

Ölkə mediası yazır ki, Cənubi Koreyanın keçmiş müdafiə naziri,istefadan bir müddət sonra vətənə xəyanətdə şübhəli bilinərək həbs edilən Kim Yong-Hyun həbsxanada intihara cəhd edib. Hazırda sabiq müdafiə nazirinin səhhətinin normal olduğu deyilir.

Məlumata görə, Kim Yong-Hyun Prezident Yun Sok Yola ölkədə hərbi vəziyyət elan etməyi tövsiyə edib.  (Qafqazinfo)

 

Tacxeber.com

Oxşar xəbərlər

Türkiyə–Azərbaycan münasibətlərində sınaq: Qardaşlığı qoruyan kimdir, gərginliyi artıran kim?

redaktor

Körfəz ölkələrinin dərsi budur: miqrant qəbul et, amma qaydanı dəyişmə

redaktor

Səudiyyə Ərəbistanı təhlükə altında: Husilərin hücumları və yeni təhlükəsizlik axtarışı

redaktor