21 C
Bakı
31 İyul 2025 09:08
Hadisə

21 həftəlik hamilə qadın evdə abort etmək istədi, ölümdən döndü

Zaqatalada hamilə qadın özünü evdə abort edib.

Tacxeber.com Lent.az-a istinadən xəbər verir ki ,hadisə ötən gün Zaqatalanın Əliabad qəsəbəsində qeydə alınıb.

 

21 həftəlik hamilə olan 27 yaşlı Diana Kazımova yaşadığı evdə hamiləliyini sonlandırmağa qərar verib. Bu məqsədlə o, uşaqsalmada (abort) istifadə olunan xüsusi riskli dərman qəbul edib. Yüksək dozada dərman qəbul edən D. Kazımovanın vəziyyəti qəfil pisləşib. O, dərhal Zaqatala Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Həkimlərin vaxtında müdaxiləsi və səyi nəticəsində qadının həyatı xilas edilib.

 

Hazırda D. Kazımovanın müalicəsi reanimasiya şöbəsində davam etdirilir.

Tacxeber.com

Oxşar xəbərlər

Azərbaycan Avropada həbsdə olan jurnalist sayına görə ikincidir.

admin

Generallar Ermənistanla sərhəddə: Nə baş verir? – Sabiq deputatın təşvişi

admin

Şahin Vəliyevin bacısı da dağıntılar altında qalıbmış – VİDEO

redaktor