24 C
Bakı
18 Avqust 2026 00:18
Hadisə

“Dronu DSX yox, başqa hərbi birləşmələr vurub”

“Vətəndaş A” serialının rejissoru Elvin Rüstəmzadə çəkiliş zamanı dronlarının Dövlət Sərhəd Xidməti tərəfindən yox, başqa hərbi birləşmələr tərəfindən vurulduğunu bildirib.

 

Tacxeber.com Axşam.az-a istinadən xəbər verir ki, bu barədə o, sosial şəbəkədə məlumat yayıb:

 

“Əziz dostlar! Dron həqiqətən vurulub. Bu açıqlama həqiqəti əks etdirmir. Dron vurularkan mən daxil heyətdən 5 nəfər ordaydıq. Sevinc xanım isə Bakıda idi. Yəni, beş şahid ola-ola həqiqəti danıb belə bir açıqlama vermək hansı məcburiyyətdən idi bilmirəm. Ordumuz öz işini məsuliyyətlə icra edib. Biz diqqətsilzik etmişik, məlumat verməmişik, onlar isə lazım olanı ediblər. Burda şişirdiləcək məsələ yoxdur. Hadisə bir il əvvəl baş verib. Olan olub, keçən keçib. Sadəcə mən müsahibəmdə DSX demişəm, amma dünən dəqiqləşdirdik ki, dron başqa hərbi birləşmələr tərəfindən vurulubmuş. Burda tək yanlış budur, vəssalam”.

 

Qeyd edək ki, serialının baş prodüseri Sevinc Əliyeva dronlarının vurulması ilə bağlı yayılan məlumatları təkzib etmişdi.

Tacxeber.com

Oxşar xəbərlər

“Sumqayıt”ın oyunçusu özünə xəsarət yetirdi – Karyerası bitə bilər

admin

27 illik zorakılıqdan sonra həyatına son qoyan qadının ərinə minimum cəza verilib: “Məni sən öldürdün”

admin

Emin Ağalarov Sea Breeze-dəki hadisədən yazdı

redaktor