22.8 C
Bakı
10 İyun 2026 02:33
Dünya

Tbilisidə etirazçılar polislərə fişəng və partlayıcı vasitələrlə müqavimət göstərirlər – VİDEO

Gürcüstanın təhlükəsizlik qüvvələri paytaxtın mərkəzində etirazçıları dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edir.

Tacxeber.comxəbər verir ki, nümayişçilər isə onlara fişəng və partlayıcı vasitələrlə müqavimət göstərirlər.

 

Məlumata görə, xüsusi təyinatlılar Rustaveli prospektini etirazçılardan təmizləmək əmri alıb. Təhlükəsizlik qüvvələrinin koloniyası heç bir müqavimətə rast gəlmədən parlamentə doğru irəliləyirlər.

 

Respublika Daxili İşlər Nazirliyi aksiyanın hüquqi çərçivədən kənara çıxdığını qeyd edərək, etirazçıları “qanunsuz hərəkətlərə son qoymağa, qanunla müəyyən edilmiş çərçivədə etirazlarını bildirməyə” çağırıb. Bildirilib ki, əks halda onlar barəsində qanunla müəyyən edilmiş müvafiq tədbirlər görüləcək.

 

Qeyd edək ki, Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin Avropa İttifaqı (Aİ) ilə üzvlük danışıqlarını 2028-ci ilə qədər dondurduğunu elan etməsindən sonra ölkədə genişmiqyaslı etiraz aksiyaları başlayıb.

Tacxeber.com

Oxşar xəbərlər

Suriyada rejim əleyhdarları Hələbdən sonra Hama şəhərini də ələ keçirdi.

admin

Bayden ailəsilə çimərlikdə görüntülənib – FOTO/VİDEO

redaktor

ABŞ Ukraynadakı vəziyyətdən təngə gəlib – Donald Trampın xüsusi nümayəndəsi Keyt Kelloq

redaktor