22.8 C
Bakı
10 İyun 2026 00:35
DünyaHadisəMuharibə

“Putinin nüvə təhdidləri çarəsizlik əlamətidir” – Böyük Britaniya XİN rəhbəri

“Müharibənin bitməsində Ukraynanın NATO-ya daxil olması başlıca əhəmiyyət kəsb edəcək…”

 

Ukraynada savaş təkcə hərbi əməliyyatlar nəticəsində deyil, həm də siyasi nizamlanma hesabına bitəcək. Burada Ukraynanın NATO-ya daxil olması başlıca əhəmiyyət kəsb edəcək.

 

Bu barədə Böyük Briyaniya XİN rəhbəri Devid Lemmi “Le Mond” nəşrinə müsahibəsində bəyan edib.

 

“Biz hamımız anlayırıq ki, bu savaş təkcə döyüş meydanında hərbi əməliyyatlar nəticəsində deyil, həm də siyasi nizamlanma nəticəsində bitəcək. Ukraynanın zəruri təhlükəsizlik zəmanətləri əldə etməsi və Rusiya təcavüzünün qarşısının alınması çox vacibdir”, – o, deyib.

 

“Biz burada, Avropada həqiqətən də aydın şəkildə anlayırıq ki, müharibənin bitməsi və müəyyən zamandan sonra Rusiyanın yenidən təcavüzünü davam etməsi vəziyyətinə yol verə bilmərik. Ona görə də Ukraynanın NATO-ya daxil olması və bu təhlükəsizlik zəmanətləri başlıca əhəmiyyət kəsb edəcək”, – o, bəyan edib.

 

Onun fikrincə, Putinin avropalıların ünvanına təhdidləri, habelə noyabrın 21-də yeni ballistik raketin sınaqdan keçirilməsi “çarəsizlik əlamətidir”.

 

“Rusiyanın xüsusilə nüvə silahı ilə bağlı təhdidedici və ağılsız bəyanatları Putin strategiyasının bir hissəsidir”. Bu zaman Lemmi əmin edib ki, Böyük Britaniya Ukraynaya dəstək verməkdə davam edəcək.

“Biz Ukraynanı maksimal dayanıqlı vəziyyətə gətirməkdə qətiyyətliyik, çünki o, 2025-ci ilin ağır qış mövsümünə qədəm qoyur”, – o, deyib. Nazir Ukraynanın bu mübarizədə 2025-ci ilədək tab gətirə biləcəyinə əmin olduğunu ifadə edib.

 

Ukraynada müharibə – NATO-nun mövqeyi

Xatırladaq ki, NATO baş katibi Mark Rütte bəyan edib ki, Alyans Ukraynada müharibənin trayektoriyasını dəyişməlidir və bunun üçün öz dəstəyində daha da irəliyə getməlidir.

 

“Bizim dəstəyimiz onlara mübarizəni davam etdirməyə imkan verib, lakin münaqişənin trayektoriyasını dəyişmək üçün biz daha da irəliyə getməliyik”.

Bundan başqa, bəlli olub ki, NATO Parlament Assambleyası Ukraynaya yardımla bağlı qətnamə qəbul edib. Qətnamədə Kiyevə o cümlədən “Tomohawk” tipli orta mənzilli (1000-5500 km) raketlərin verilməsi nəzərdə tutulur. (Moderator)

Tacxeber.com

Oxşar xəbərlər

Kadırovun oğlunu davaya çağırdı, sonra üzr istədi.

admin

Rusiyada hərbi komissarlıq yandırıldı – VİDEO

redaktor

Norveç kəşfiyyatı: Rusiya gəmiləri 30 ildə ilk dəfə dənizə nüvə silahı ilə çıxıb

admin