30 C
Bakı
10 Avqust 2025 20:06
Cəmiyyət

Azərbaycanda alimentin məbləği artırılır

2025-cü ilin yanvarın 1-dən etibarən Azərbaycanda alimentin minimum məbləği 235 manatdan 246 manata qaldırılacaq.

Tacxeber.com xəbər verir ki, məsələ Milli Məclisin Əmək və sosial siyasət komitəsi ilə İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən birgə iclasında müzakirəyə çıxarılıb.

 

Bildirilib ki, “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” qanun layihəsində yaşayış minimumu uşaqlar üçün 246 manat məbləğində müəyyən edilib. Bu, həm də alimentin minimum məbləği deməkdir.

 

İqtisadiyyat Nazirliyinin şöbə müdiri Hüseyn Hüseynov iclasda söyləyib ki, uşaqlar üçün yaşayış minimumunun 2028-ci ildə 275 manat olacağı proqnozlaşdırılır.

 

Qeyd edək ki, alimentin minimum məbləği 2023-cü ildə 220 manat, 2024-də 235 manat olub.

Tacxeber.com

Oxşar xəbərlər

Bakı milyonçusunun adını daşıyan hamam mal-qara üçün otlaq sahəsinə çevrilib – VİDEO

redaktor

Bəhram Bağırzadə ilə bağlı mühüm qərar verilə bilər

redaktor

Azərbaycan ən təhlükəsiz rayonları – Zəlzələ riski çox azdır – SİYAHI

redaktor