22.6 C
Bakı
29 İyun 2026 09:28
Cəmiyyət

Azərbaycanda alimentin məbləği artırılır

2025-cü ilin yanvarın 1-dən etibarən Azərbaycanda alimentin minimum məbləği 235 manatdan 246 manata qaldırılacaq.

Tacxeber.com xəbər verir ki, məsələ Milli Məclisin Əmək və sosial siyasət komitəsi ilə İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən birgə iclasında müzakirəyə çıxarılıb.

 

Bildirilib ki, “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” qanun layihəsində yaşayış minimumu uşaqlar üçün 246 manat məbləğində müəyyən edilib. Bu, həm də alimentin minimum məbləği deməkdir.

 

İqtisadiyyat Nazirliyinin şöbə müdiri Hüseyn Hüseynov iclasda söyləyib ki, uşaqlar üçün yaşayış minimumunun 2028-ci ildə 275 manat olacağı proqnozlaşdırılır.

 

Qeyd edək ki, alimentin minimum məbləği 2023-cü ildə 220 manat, 2024-də 235 manat olub.

Tacxeber.com

Oxşar xəbərlər

Mobil operator Nura Surinin də nömrəsindən səbəbsiz olaraq pul silir.

admin

ABŞ-ın Miçiqan Universitetində dərs keçən azərbaycanlı: “Bu yerə öz gücümlə gəldim”

admin

Azərbaycan sanki Antarktitada yerləşir – Fikrət Hüseynli

admin