16 C
Bakı
27 Sentyabr 2025 20:16
Dünya

Lavrov Trampı təriflədi: “O, sülhün prezidentidir”

“Sülhü müdafiə edən insanlar dəstəyə layiqdirlər”.

Tacxeber.com.com yerli mətbuata istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın Ukrayna münaqişəsi ilə bağlı mövqeyini şərh edərkən deyib.

 

“Trampın Ukrayna ilə bağlı mövqeyinə gəlincə, o bildirib ki, o, müharibənin deyil, sülhün prezidentidir və ümumiyyətlə, müharibə deyil, sülh istədiyini bəyan edən insanlar, siyasətçilər, mənə elə gəlir ki, dəstəyə layiqdirlər” – Lavrov deyib.

 

Lavrovun sözlərinə görə, Moskva Ukraynadakı münaqişənin sülh yolu ilə həlli üçün Çin və Braziliyanın təşəbbüslərini də alqışlayır.

Tacxeber.com

Oxşar xəbərlər

“Bayraqdarlar” 26 milyonluq Rusiya texnikalarını məhv etdi

redaktor

Xəstənin bədənindən 32 kiloqramlıq şiş çıxarıldı – FOTO

redaktor

ABŞ-da elektrikli velosipedlər insanları “qırır” – 18 nəfər ölüb

admin