22.5 C
Bakı
29 İyun 2026 05:27
CəmiyyətGündəmHadisə

Azərbaycan əhalisinin ümumi sayı açıqlandı

Ölkə əhalisinin sayı ilin əvvəlindən 33671 nəfər və ya 0,3 faiz artaraq 2024-cü il oktyabr ayının 1-i vəziyyətinə 10214441 nəfərə çatıb.

 

Tacxeber.com xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi (DSK) məlumat yayıb.

 

Xəbərə əsasən əhalinin ümumi sayının 54,5 faizini şəhər, 45,5 faizini kənd sakinləri, 49,8 faizini kişilər, 50,2 faizini isə qadınlar təşkil edir.

 

Bu ilin oktyabr ayının əvvəlinə əhalinin 4,6 faizi Naxçıvan Muxtar Respublikasında, 23,0 faizi Bakı şəhərində, 9,2 faizi Lənkəran-Astara, 8,6 faizi Abşeron-Xızı, 7,3 faizi Qarabağ, 7,1 faizi Mərkəzi Aran, 6,7 faizi Qazax-Tovuz, 6,1 faizi Şəki-Zaqatala, 5,9 faizi Gəncə-Daşkəsən, 5,4 faizi Quba-Xaçmaz, 5,2 faizi Mil-Muğan, 4,9 faizi Şirvan-Salyan, 3,1 faizi Dağlıq Şirvan və 2,9 faizi isə Şərqi Zəngəzur iqtisadi rayonlarında məskunlaşıb.

Tacxeber.com

Oxşar xəbərlər

İsgəndərin Rəşad Dağlıya yazdığı mesajlar…

redaktor

“Qurana and içmişdim ki, onun ölüm hökmünü özüm çıxaracam” – Tahir Kərimli

redaktor

Bakıda xanım alimin yaşı doqquz il kiçildildi

redaktor