DünyaSiyasət

Tramp Putinə zəng edib

Rusiya Prezidenti Vladimir Putin və ABŞ-ın prezident seçkilərində qalib gəlmiş Donald Tramp arasında telefon danışığı baş tutub.

 

 Tacxeber.com xəbər verir ki, bu barədə “The Washington Post” qəzeti  məlumat verib.

 

Qəzetin məlumatına görə, sözügedən zəng 7 noyabrda baş tutub. Bu Trampın prezident seçildikdən sonra Putinlə ilk telefon danışığı olub.

 

“Nəşrdə onu da qeyd edir ki, prezidentlər Avropa qitəsinin təhlükəsizliyini və Rusiya – Ukrayna müharibəsini müzakirə ediblər və Tramp Ukraynadakı vəziyyətin tezliklə həll olunmasını müzakirə etmək üçün növbəti danışıqlarda iştirak etmək istədiyini bildirib”.

Tacxeber.com

Oxşar xəbərlər

Polşa Zelenskini Ukraynada milli panteon yaratdığına görə tənqid etdi

redaktor

ABŞ Dohada gözlədi, İran gəlmədi

redaktor

İranda Xameneinin tək bir sözünə görə parçalanma yaranıb

redaktor