23.6 C
Bakı
29 İyun 2026 20:01
Sağlamlıq

D vitaminini kalsiumla qəbul etməyin təhlükəsi açıqlanıb

İnsult riski var…

d-vitaminini-kalsiumla-qebul-etmeyin-tehlukesi-aciqlanib

Vitamin qəbul edərkən insanların yol verdiyi bir sıra ümumi səhvlər var.

 

Tacxeber.comxəbər verir ki, bu barədə “Sağlam yaşa!” verilişinin efirində həkim və aparıcı Elena Malışeva danışıb.

 

Proqrama dəvət olunan həkimlər D vitamininin digər vitaminlərlə, o cümlədən kalsiumla birlikdə qəbul edilməsini yanlış fikir adlandırıblar. Qeyd olunub ki, burda insult riski var.

 

“Bunu etmək olmaz, D və Ca vitaminlərini birləşdirsəniz, qan laxtalarının əmələ gəlməsinə səbəb olacaq”, – immunoloq Andrey Prodeus vurğulayıb.

 

İdman məşqçisi və dietoloq Mariya Volınkina əvvəllər A, C və D vitaminlərinin payız-qış dövründə immunitet sistemini gücləndirmək məqsədilə insan üçün həyati əhəmiyyət daşıdığını söyləyib. Onun sözlərinə görə, retinol iltihab əleyhinə xüsusiyyətlərə malikdir və qaraciyərin zədələnməsinin qarşısını alır, çatışmazlıq olarsa, ayaqlarda qıcolmalara, dəri və saç problemlərinə, yuxu pozğunluğuna səbəb ola bilər.

Tacxeber.com

Oxşar xəbərlər

İnfeksiyaların artdığı vaxtda ondan qorunmağın ƏN GÖZƏL YOLU – İmmunoloq

redaktor

Saçlarımızı ən çox tökən SƏBƏB – Həkim izah etdi

redaktor

Əhvalınız qəfil pisləşəndə BUNLARI EDİN

redaktor