22.2 C
Bakı
10 İyun 2026 06:39
Dünya

Medvedev: “Zurabişvilinin hərəkətlərinin nəticəsi vəzifədən uzaqlaşdırılma və həbsdir” – FOTO

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Gürcüstan prezidenti Salome Zurabişvilinin həbs edilməli olduğunu bildirib.

 

Tacxeber.com xəbər verir ki, bu barədə Medvedev özünün “X” hesabında qeyd edib.

 

“Gürcüstanın marionet prezidenti seçkilərin nəticələrini tanımaqdan imtina edib və dövlət çevrilişinə çağırış edərək konstitusiyaya zidd addım atıb.

 

Belə hallarda isə standart təcrübə vəzifədən uzaqlaşdırılma və həbsdir”, – o bildirib.

 

Qeyd edək ki, Gürcüstan Prezidenti Salome Zurabişvili ölkədə keçirilən parlament seçkilərinin hakim “Gürcü arzusu – Demokratik Gürcüstan” Partiyasının qələbəsi ilə nəticələnməsinin total saxtakarlıq olduğunu açıqlayıb. O, ölkə sakinlərini bazar ertəsi Tbilisidə parlament binası qarşısında parlament seçkilərinin nəticələrinə etiraz etməyə çağırıb.

 

Xatırladaq ki, oktyabrın 26-da Gürcüstanda keçirilən parlament seçkilərində hakim “Gürcü Arzusu – Demokratik Gürcüstan” partiyası 89 deputat mandatı qazanıb.

Tacxeber.com

Oxşar xəbərlər

Onu əcəl girləyir? – Təyyarəsi son 4 ayda ikinci dəfə…

redaktor

Ayətullah Xamnəi: İsrailə neft və ərzaq satışı dayandırılmalıdır

redaktor

Pelosi onu qarşılamaq istəyən erməniləri pərt etdi

redaktor