12 C
Bakı
29 Mart 2026 21:34
Maraqlı

Dünyaca məşhur nəşr qusarlı aşpazdan YAZDI

Dünyaca məşhur nəşr qusarlı aşpazdan YAZDI

Məşhur “Economist” nəşri Qusar rayonunun Hil kəndində yaşayan və bişirdiyi yeməkləri öz yutub kanalında paylaşaraq məşhurlaşan Əzizə Rəmixanova ilə bağlı məqalə hazırlayıb.

 

Nəşr “Kənd həyatı” yutubda kanalının təxminən 7 milyon abunəçisinin və 2 milyard baxışı olduğunu qeyd edib.

 

500-ə yaxın bölümü olan və hər biri təxminən 25 dəqiqə çəkən vloqların sakitlik və təbiətlə harmoniyada lentə alındığı vurğulanıb.

 

Qeyd olunub ki, London, Sidney, Yekaterinburq və Kiyev kimi şəhərlərdən də izləyicilərin diqqətini çəkən vloqlar dünyanın ən inanılmaz və populyar yemək şousudur.

 

Xatırladaq ki, videoların qəhrəmanı Əzizə xala və oğlu Əmiraslan peşəkar aşpazdırlar. COVİD-19 pandemiyası zamanı ana və oğlu yutub kanalı açaraq sevdikləri peşəni orada nümayiş etdirməyə başlayıblar.

 

Paylaşılan videolar ingilis, rus, hətta Çin dilində subtitrlərlə yerləşdirilir ki, bu da, daha geniş auditoriyanı əhatə etməyə imkan verir.

Tacxeber.com

Oxşar xəbərlər

Dubayda möhtəşəm dron performansı – ANBAAN VİDEO

redaktor

Zəngli saat  çalmazdan əvvəl oyanırsınız? – Millisaniyəlik oyanışın səbəbi nədir?

redaktor

Vanqanın 2025-ci ilə dair ən dəhşətli proqnozlarından biri gerçəkləşə bilər

redaktor