20 C
Bakı
24 İyun 2025 08:01
Kriminal

İki qızı vəhşicəsinə öldürən qatilin qonşularından ŞOK AÇIQLAMA

 

İstanbulda əvvəlcə Ayşenur Halil və İkbal Uzuner adlı 2 gənc qadını qətlə yetirən, daha sonra isə intihar edən Semih Çelikin qonşuları danışıb.

 

Tacxeber.com xəbər verir ki, qatilin əsl peşəsinin qəssablıq olduğu öyrənilib. Əldə edilən məlumatlarda həmin şəxsin 5 dəfə xəstəxanada psixoloji müalicə aldığı, 2 dəfə itkin düşdüyü, 1 dəfə isə intihara cəhd etmək istədiyi bildirilib.

 

S.Çelikin ailəsi qızlarını ali təhsil müəssisəsinə apardıqları üçün şübhəli evdə tək yaşayırmış. Qonşuları bildirib ki, Semih Çelik insan sevməyən, danışdırmayan, salam veriləndə belə üzünü turşudan biri olub. Qeyd ediblər ki, həmin şəxs İkbal adlı qızı 5 ildir, yəni, 14 yaşından bu yana əldə etmək istəyib. Bu səbəbdən evə müxtəlif qızlar gətirərək, onu qısqandırmağa çalışıb.

 

İddialara görə, Semih Çelik dəfələrlə xəstəxanaya yatırılsa da, müalicədən imtina edib.

 

Hadisə ilə bağlı araşdırmalar davam edir.

Tacxeber.com

Oxşar xəbərlər

Ruben Vardanyan CM-in üç maddəsi ilə ittiham olunur: DTX məlumat yaydı – VİDEO

admin

DİN: Cəfərquliyev polis şöbəsinə dəvət edilib.

admin

“Nəcməddin Sadıxovun çarəsi olsaydı, başımı kəsərdi” – “Tərtər işi”

redaktor