29.4 C
Bakı
07 Avqust 2026 21:58
Hadisə

Köpək balığı qadına hücum etdi

Köpək balığı qadını parçaladı - DƏHŞƏT! 

ABŞ-da köpək balığı qadını parçalayıb.

 

Köpək balığının dişlədiyi qadın 19 əməliyyat keçirib.

 

İyun ayında Virciniyadan olan 45 yaşlı Elizabeth Foley ailəsi ilə birlikdə Floridada tətildə olub. Qadın sahildə çimərkən yırtıcı balıq ona hücum edib. “Arxaya baxdım, böyük bir qaranlıq kütlə gördüm və düşündüm: “Bu nədir?” Mən çox istəyirdim ki, qaçım və sahilə üzdüm. Və bu zaman o, məni ayaqlarımın arasından tutdu. Təpikləməyə və qışqırmağa başladım”, – amerikalı qadın dəhşətli xatirələrini bölüşüb.

 

O, köpəkbalığının burnuna vurmağa çalışsa da, bacara bilməyib. Yırtıcı onun əlindən tutub suyun altına çəkib. Balıq Folenin qolunu dirsəkdən aşağı dişləyib.

 

Qeyd edək ki, qadını əri Rayan sahilə çıxarıb.

Tacxeber.com

Oxşar xəbərlər

Azərbaycanlı tələbə rus hücumundan sonra öldü: dənizçi olmaq arzusu müharibə tərəfindən alt-üst oldu

redaktor

Bəs bu baş verənlər insan haqlarının pozuntusu deyil, ay Pedro?

redaktor

Odessa sahillərində Azərbaycanlıları daşıyan daha bir gəmiyə hücum edilib

redaktor