21 C
Bakı
22 İyun 2025 05:45
Hadisəİqtisadiyyat

Android istifadəçilərinin nəzərinə: Kriptovalyutalarınız oğurlanacaq

Kibertəhlükəsizlik mütəxəssisləri tərəfindən aşkar edilən “SpyAgent” adlı zərərli proqram istifadəçilərin kripto aktivlərini hədəf alır.

 

Bu proqram istifadəçilərin məlumatlarını oğurlamaq, cihazlara nəzarət etmək, reklam göstərmək və ya cihazları söndürmək kimi məqsədlər üçün istifadə edilə bilər.

 

Fərdi məlumatların oğurluğundan fırıldaqçılığa qədər bir çox risklər yaradan bu vəziyyəti həll etmək üçün çoxsaylı araşdırmalar aparılsa da, yeni zərərli proqramlar ortaya çıxır.

Qeyd olunur ki, “SpyAgent” adlı zərərli proqram indiyədək 280-dən çox proqramda gizlədilib.

 

“McAfee Mobile Research Team” tərəfindən edilən açıqlamaya görə, ilin əvvəlindən aktiv olan “SpyAgent” saxta proqramlar vasitəsilə Android telefonlarına sızır.

Bank proqramları, əyləncə platformaları və buna bənzər alətlər kimi görünən bu saxta proqramlar əslində arxa planda çox fərqli vəzifələri yerinə yetirir.

 

İstifadəçilər bilmədən zərərli Android Proqram Paketi (APK) faylını yükləyirlər və bu fayl quraşdırıldıqda zərərli proqram cihazın SMS mesajlarına, kontaktlarına və yaddaşına daxil olmaq üçün icazə tələb edir.

Bu yeni nəsil zərərli proqram cihazınıza sızdıqdan sonra qalereya tətbiqinizdəki bütün vizual məzmunu skan edir.

 

Yığılan məlumatların hamısı proqram vasitəsilə sizdən xəbərsiz mərkəzə ötürülür. (Lent.az)

Tacxeber.com

Oxşar xəbərlər

Ağdərədə qanunsuz erməni silahlılarının postu yanır – VİDEO

redaktor

94 saat sonra dağıntılar altından çıxarılan gənc: “Ölməmək üçün öz idrarımı içdim” – VİDEO

redaktor

Bakıda qızın zorla ərə verilməsi barədə video – DİN araşdırıb

redaktor