24 C
Bakı
23 İyun 2025 10:44
CəmiyyətGündəm

Nazir Oqtay Əsədovun xanımını işdən çıxardı

Milli Məclisin sabiq sədri Oqtay Əsədovun həyat yoldaşı Əsədova Zemfira Adil qızı işdən çıxarılıb.

 

Tacxeber.com qaynarinfo-ya istinadla bildirir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev müvafiq əmr imzalayıb. Zemfira Əsədova öz ərizəsi 175 nömrəli körpələr evi-uşaq bağçasının müdiri vəzifəsindən azad edilib.

 

Bir müddət əvvəl Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi tərəfindən sözügedən bağçada yoxlamalar aparılıb və bəzi pozuntular aşkarlanıb. Zemfira Əsədova yoxlamalardan sonra öz ərizəsi ilə vəzifəsindən gedib.

 

175 nömrəli körpələr evi-uşaq bağçasına hələlik müdir təyin edilməyib.

Qeyd edək ki, Zemfira Əsədova sözügedən bağçada 20 ildən çox müdir olub. Hətta 2017-ci ildə 175 nömrəli körpələr evi-uşaq bağçasının (“Şənlik” uşaq bağçası) 30 illiyinə həsr edilmiş təmtaraqlı tədbir də keçirib.

Tacxeber.com

Oxşar xəbərlər

«Akademik Zərifə Əliyeva adına liseydə rüşvət tələbinə boyun əyməyən atanın övladı cəzalandı» İlqar Məmmədov: “Təhsil ocağında şagirdlər təbəqələrə ayrılır, varlı və kasıb şagirdlər”

admin

Həkimsiz, qazsız və bankomatsız qalan Samux kəndləri – VİDEO

redaktor

Ərindən boşansa da onun soyadını daşıyan güclü siyasətçi  – Angela Merkel haqqında bilmədiklərimiz

redaktor