13 C
Bakı
25 Aprel 2026 16:59
Kriminal

Surqutdakı hadisə: Azərbaycanlının həyatına reket azərbaycanlı son qoyub- Foto

 

Xəbər verdiyimiz ki, ötən gün Masallı rayonunun Şatıroba kənd sakini Allahqulu Əlihüseyn oğlu Səfərov Rusiyanın Surqut şəhərində bıçaqlanaraq qətlə yetirilib.

 

Diaspora.TV hadisə ilə bağlı əlavə informasiyalar əldə edib.

 

Məlumata görə, hadisəni törədən şəxs də azərbaycanlı olub, Ağsu rayonundan olan cinayətkarın Surqutda reketliklə məşğul olduğu iddia edilir.

 

Qeyd olunur ki, qarşı tərəf (adı və soyadı ilə bağlı dəqiqləşmə aparırıq) Allahqulu Səfərovdan haqq – pul istəyib. Lakin Allahqulu Səfərov onun bu tələbini rədd edib, sonra tərəflər görüşüb və orada Allahqulu Səfərov bıçaqla vurularaq öldürülüb.

 

Qeyd edək ki, Allahqulu Səfərovun atası Əlihüseyn Səfərov Şatıroba kəndində xeyriyyəçiliklə məşğuldur, kənddə yeni məscid tikdirib, imkansız ailələrə dəstək olur.

Tacxeber.com

Oxşar xəbərlər

Etnik zəmində münaqişə faciə ilə başa çatdı: Ukraynada azərbaycanlı öldürüldü

admin

Natiq Mehdi qətlə yetirilib – İş yoldaşı tutuldu

redaktor

Casusu gəmi kapitanı: “Bilirdim ki, İran məlumatları Ermənistana ötürmək üçün istəyir” – VİDEO

redaktor