12 C
Bakı
28 Mart 2026 04:42
DünyaMuharibə

Ukrayna Belqoroda girmək istədi: vəziyyət ağırdır…

Ukrayna ordusu bu səhər Nexoteyevka rayonu ərazisindən Belqorod vilayətinə girmək istəyib.

 

Bu barədə Rusiya Teleqram kanalları və rusiyalı hərbi blogerlər məlumat yayıb.

Məlumata görə, 200-ə qədər hərbçi bir neçə PDM vasitəsilə sərhədi keçməyə cəhd edib və toqquşma başlayıb. Bildirilib ki, Ukrayna ordusu 20-yə yaxın itki verərək geri çəkilib.

 

Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov məsələ ilə bağlı bildirib ki, sərhəddə vəziyyət ağırdır, lakin nəzarət altındadır:

“Hərbçilərimiz planlı işlər aparır. Hər kəsdən sakitliyi qorumağı və yalnız rəsmi məlumatlara inanmağı xahiş edirəm”. (Axar)

Tacxeber.com

Oxşar xəbərlər

Polşa Rusiya konsulluğunu bağladı

admin

Mossad-ın sabiq rəhbəri: “Tramp düz deyir, İranın bütün nüvə obyektləri darmadağın olub”

admin

Sülhməramlıların komandanı Qarabağı tərk edib?

redaktor