Cəmiyyətİdman

“Qarabağ” – “Dinamo” oyununa nə qədər bilet satılıb?

“Qarabağ”ın Bakıda Xorvatiya təmsilçisi “Dinamo”ya (Zaqreb) qarşı keçirəcəyi UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyununa indiyədək 24700 bilet satılıb.

 

Bu barədə Ağdam təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq matç üçün 30000-ə yaxın bilet satışa çıxarılıb.

 

Qeyd edək ki, avqustun 20-də Zaqrebdəki “Maksimir” stadionunda baş tutan “Dinamo” – “Qarabağ” matçı meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Tərəflər arasında cavab görüşü avqustun 28-də, saat 20:45-də baş tutacaq.

Tacxeber.com

Oxşar xəbərlər

Biləndə təəccüblənəcəyiniz detallar – Nə, nə üçündür?

redaktor

Niyə Ermənistan əmək bazarında irəliləyərkən Azərbaycan geri qalır?

admin

Süni mayalanma Allahın işinə müdaxilədir? – İlahiyyatçıdan Novruzova cavab

redaktor