24 C
Bakı
23 İyun 2025 18:10
Dünya

İtən qayçıya görə 36 uçuş ləğv edildi, 201 reys gecikdi

Yaponiyada itən qayçıya görə 36 uçuş ləğv edilib.

 

Tacxeber.comxarici KİV-ə istinadla xəbər verir ki, hadisə Hokkaydo əyalətindəki Nyu Çitos hava limanında baş verib.

 

Belə ki, hava limanında minmə qapılarının yanında yerləşən mağazadan 2 qayçı yoxa çıxıb.

 

Vəziyyətdən narahat olan işçilər dərhal təhlükəsizlik əməkdaşlarına xəbər verib.
Baş verən hadisəyə görə 36 uçuş ləğv edilib, 201 uçuşda gecikmə olub.

 

2 saat axtarış aparan təhlükəsizlik əməkdaşları qayçını tapa bilmədikləri üçün yüzlərlə sərnişini yenidən yoxlayıb.

 

Qayçılar növbəti gün həmin mağazada tapılıb.

 

Yaponiya Nəqliyyat Nazirliyi hadisənin mağazada saxlama və idarəetmə sistemlərinin olmamasından qaynaqlandığını qəbul etdiklərini deyib.

Tacxeber.com

Oxşar xəbərlər

Donald Tramp Vlladimir Putinin nazı ilə oynayır, Keir Starmer isə Rusiyanı dizə gətirməkdə qərarlıdır

redaktor

Azərbaycanda meyitlərin yandırılması üçün mərkəzlər yaradılacaq – Video

redaktor

“Şəhid qardaşımın oğlu soruşur ki, əti yalnız Cənnətdə yeyə biləcək?.. Cavab verməkdə çətinlik çəkirəm…”

redaktor