Hadisə

Sahibinin ayağını gəmirən buldoq onun həyatını xilas etdi – FOTO

İngiltərədə sahibinin ayağını gəmirən it onun həyatını xilas edib.

 

Tacxeber.com “The Sun”a istinadla xəbər verir ki, 64 yaşlı Devid Lindzi evdə divanda yatarkən 7 aylıq buldoq cinsi iti Harli ayağının baş barmağını çeynəyib.

 

Həyat yoldaşının qışqırığına oyanan inşaatçı gördüyü mənzərə qarşısında xeyli təəccüblənib.

 

O, yuxuda olarkən iti ayaq barmağını sümüyünə qədər gəmirsə də, Devid heç bir ağrı hiss etməyib. Barmağının sınmasına və dırnaqının sallanmasına baxmayaraq Devidin ağrı hiss etməməsi onu şübhələndirib.

 

Dərhal həlkimə gedən Devidin ayağındakı 2 damarın tıxandığı və hissiyatı itirddiyi üzə çıxıb.

 

Əslində iti onun ayağını gəmirməklə Devidi gələcək potensial təhlükələrdən xilas edib. Belə ki, həkimlər bədəndə qan axını bərpa olunmayacağı təqdirdə onun ayağının amputasiya edilməli olduğunu bildiriblər.

 

İtin dişləməsi nəticəsində yaranan infeksiyanın sümüyə keçməsini dayandırmaq üçün ona venadaxili antibiotiklər vurulub.

 

Müalicəsi xəstəxanada davam edən 64 yaşlı inşaatçı bununla belə it saxlamağa davam edəcəyini söyləyib.

Oxşar xəbərlər

“Sumqayıt”ın oyunçusu özünə xəsarət yetirdi – Karyerası bitə bilər

admin

27 illik zorakılıqdan sonra həyatına son qoyan qadının ərinə minimum cəza verilib: “Məni sən öldürdün”

admin

Emin Ağalarov Sea Breeze-dəki hadisədən yazdı

redaktor