Siyasət

Putin: “Rusiya gələcəkdə də Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılmasına kömək edəcək”

“Rusiya gələcəkdə də Azərbaycan-Ermənistan qarşılıqlı fəaliyyətinin normallaşdırılmasına və 2020-2022-ci illərdə Rusiya, Azərbaycan prezidentləri və Ermənistanın baş naziri arasında əldə olunmuş məlum üçtərəfli razılaşmalar əsasında sülh sazişinin bağlanmasına hərtərəfli kömək göstərəcək”.

 

Tacxeber.comxəbər verir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevlə mətbuata bəyanatında bildirib.

 

“Biz, həmçinin hələ Sovet İttifaqı vaxtından bizdə qalan müvafiq sənədləri nəzərə almaqla sərhədlərin delimitasiyası və demarkasiyasına, transsərhəd marşrutlarının açılmasına, humanitar təmasların yaradılmasına kömək etməyə hazırıq”, – deyə Putin diqqətə çatdırıb.

Tacxeber.com

Oxşar xəbərlər

Milli Məclisdə yatan deputat: “Fikirləşirdim”

redaktor

“Bu, Rusiyanın tarixində çox təhlükəli dövr olacaq, mən istəyirəm ki, qansız olsun…”

redaktor

ABŞ-dan SON HƏMLƏ: İsrailə hərbi yük dolu 14 təyyarə göndərdi

redaktor