22 C
Bakı
09 Oktyabr 2026 20:24
Gündəm

Qarabağda Rusiyanın Baş Konsulluğu… -Bülbüloğlu

 

Qarabağda Rusiyanın Baş Konsulluğu açıla bilər, məsələ müzakirə olunur.

 

Tacxeber.com xəbər verir ki, bunu Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Rusiya Prezidenti Vladimir Putinin Bakıya səfəri ərəfəsində TASS agentliyinə müsahibəsində deyib.

 

“Rusiya Federasiyası konsulluq açmaq istəyini ifadə edib, çünki Azərbaycanın Rusiyada iki baş konsulluğu var – Yekaterinburqda və Sankt-Peterburqda”, – Azərbaycan diplomatik missiyasının rəhbəri qeyd edib.

 

Qeyd edək ki, Federasiya Şurasının Beynəlaxlq Məsələlər komitəsinin rəhbəri Qriqori Karasin mayın 27-də Azərbaycan parlamentinin nümayəndə heyəti ilə görüşdə Baş Konsulluqla bağlı planları açıqlayıb. Karasin bildirib ki, 2024-cü ilin sonuna doğru diplomatik nümayəndəliyin açılması məqsədilə yaxın günlərdə hazırlıq başlayacaq.

Tacxeber.com

Oxşar xəbərlər

“Zamanla Ramiz Rövşənin tərcümeyi-halı gizlində “itaət”ə öyrəşdi…” — Emil Rasimoğlu yazır…

redaktor

2006-cı ildə qızıl medala layiq görülmüş Orca adlı yardımçı it

admin

Hicab Allahın əmri və namus-qeryrət rəmzi deyil

redaktor