Dünya

Maskdan XƏBƏRDARLIQ: ABŞ Harrisin iqtisadi planına görə aclıqla üzləşəcək

Demokratların namizədi Kamala Harris prezident seçkilərində qalib gəlsə, ABŞ sakinləri kütləvi aclıq baş verəcəyini gözləyə bilərlər.

 

Tacxeber.com xəbər verir ki, amerikalı iş adamı İlon Mask bu barədə xəbərdarlıq edib.

 

X sosial şəbəkəsində o, Harrisin ərzaq qiymətlərinin məhdudlaşdırılması proqramının həyata keçirilməsinin ölkənin yeyinti sənayesinin iflasına gətirib çıxaracağını, onun gəlirsiz hala düşəcəyini proqnozlaşdıran maliyyə ekspertinin yazısını paylaşıb.

 

Bu, müəllifin fikrincə, ABŞ-ın bir dövlət kimi dağılmasına və əhali arasında kütləvi aclığa səbəb ola bilər.

 

Mask ekspertin bu proqnozu ilə razılaşaraq bunu “dəqiq nəticə” adlandırıb.

 

Bundan əvvəl İlon Mask ABŞ-ın keçmiş Prezidenti Donald Tramp razılaşacağı təqdirdə onunla rəqs etməyə hazır olduğunu bildirmişdi.

Tacxeber.com

Oxşar xəbərlər

“İstanbula gəldikdən sonra çoxlu evlilik təklifləri almışam”

admin

İlon Mask övladlarını anasına göstərmir

redaktor

“Danışıqlar çox ciddi oldu, gülməyə yer qalmayıb” –İran XİN başçısı

redaktor