Siyasət

Əli Kərimliyə qarşı şikayət icraata götürülmədi

 

AXCP sədri Əli Kərimliyə qarşı xüsusi ittiham qaydasında verilən şikayət üzrə məhkəmə prosesi keçirilib.

 

Tacxeber.com apa-ya istinadla xəbər verir ki, bu gün Nəsimi rayon Məhkəməsində hakim Babək Pənahovun sədrliyi ilə keçirilən hazırlıq iclasında təqdim olunan sənədlər qaydasında olmadığına görə icraata götürülməyib.

 

Məhkəmənin hazırlıq iclası avqustun 19-dək təxirə salınıb.

 

Partiyanın sabiq Nəzarət Təftiş Komissiyasının sədri olmuş, daha sonra partiya sıralarından xaric edilən Əliyev Aydın Sədədqulu oğlu Əli Kərimlinin Cinayət Məcəlləsinin 147-ci (böhtan) və 148-ci (təhqir) maddələri ilə məsuliyyətə cəlb edilməsi ilə bağlı Nəsimi Rayon Məhkəməsinə müraciət edib.

Tacxeber.com

Oxşar xəbərlər

İranı Amerikaya verə bilmərik….

redaktor

Medvedev III Dünya Müharibəsinin istənilən vaxt başlaya biləcəyini bildirib.

redaktor

Əli İnsanovun partiyası İlham Əliyevi dəstəkləmək qərarı VERDİ

redaktor