Hadisə

İrəvan aeraportunda turist gömrükçünün ucbatından həyatından oldu

 

Bir neçə gün əvvəl İrəvanın Zvartnots hava limanında faciəli hadisə baş verib.

 

Tacxeber.com “Hraparak”a istinadla xəbər verir ki, gömrük xidmətinin əməkdaşları Braziliyadan Ermənistana uçan sərnişinin əlində şüşəni görüb və orada nə olduğunu soruşublar. Braziliyalı “şərab” deyə cavab verib.

 

Şüşənin içindəkiləri yoxlamaq əvəzinə, gömrükçü braziliyalını şüşənin içindəki mayeni içməyə məcbur edib, bundan sonra turist bir neçə dəqiqədən sonra ölüb.

 

Məlum olub ki, butulkada narkotik maddə olub.

 

Bu məlumatı İstintaq Komitəsi də təsdiqləyib: ölən şəxs Braziliya vətəndaşıdır.

 

Faktla bağlı Ermənistan Cinayət Məcəlləsinin “Qətl” maddəsinin 1-ci hissəsi ilə cinayət işi başlanıb.

Tacxeber.com

Oxşar xəbərlər

“Cey Di Vens Bakıda Fərid Mehralızadənin həbsi məsələsini qaldırıb”

admin

Azərbaycanlı ata və oğul Rusiyada faciəvi şəkildə ölüb

redaktor

Azərbaycanda qəbiristanlıqda biabırçılıq – VİDEO

redaktor