29 C
Bakı
18 Avqust 2026 18:50
Siyasət

Bayden prezidentlik yarışından niyə geri çəkilib? – Səbəbini açıqladı

 

Respublikaçıların namizədi Donald Trampla bərabər mübarizə aparan ABŞ Prezidenti Co Bayden prezidentlik yarışını tərk etməsinin səbəbini açıqlayıb.

 

Tacxeber.com Oxu.az-a istinadən xəbər verir ki, Bayden bu barədə “CBS” telekanalına verdiyi müsahibəsində danışıb.

 

O, Konqres seçkisində Demokratlar Partiyasındakı həmkarlarına zərər verməmək üçün ən yüksək dövlət postu uğrunda mübarizədən geri çəkildiyini bildirib.

 

“Prezident kimi xidmət etmək şərəfli olsa da, mən hiss etdim ki, ölkə qarşısında bacardığım ən vacib şeyi etməyə borcluyam. Bu, Trampı məğlub etməkdir. İlk namizədliyimi irəli sürəndə özümü keçid dövrünün prezidenti hesab edirdim. Yaşımın neçə olduğunu belə deyə bilmirəm, bunu demək mənim üçün çətindir”, – deyə 81 yaşlı Bayden bildirib.

 

Qeyd edək ki, ABŞ-də prezident seçkisi noyabrın 5-də keçiriləcək.

Tacxeber.com

Oxşar xəbərlər

Putinlə İlham Əliyev arasında növbəti “qarşıdurma” şousu?

admin

Çox pis qonşu…

redaktor

Şovinizmin dili Rusiyada “pandoranın qutusu”nu açdı

redaktor