30 C
Bakı
10 Avqust 2025 12:47
DünyaGündəmMuharibə

Bu, Putini qəzəbləndirdi: eskalasiya qorxusu…

Ukrayna qoşunlarının Kursk vilayətində gözlənilməz əməliyyatı Kreml rəhbəri Vladimir Putini qəzəbləndirib.

 

Bu barədə “Hill” məlumat yayıb.

 

Məqalədə bildirilib ki, Putin işğalı “böyük təxribat” adlandırıb:

“Bu, Kremlin təkcə Ukraynaya qarşı müharibədə deyil, həm də Kiyevin əsas dəstəkçisi ABŞ-la münasibətlərdə potensial eskalasiya qorxusunu artırıb”.

 

GLOBSEC analitik mərkəzinin siyasət və proqramlar üzrə vitse-prezidenti Yelena Kudzko qeyd edib ki, hücumun necə davam edəcəyi bəlli olmasa da, Ukrayna Rusiya ərazisinə girərək “müharibə rəvayətini” uğurla dəyişib:

 

“Ukraynalılar müharibə haqqında rəvayətləri dəyişdirmək üçün bütün səylərini göstərirlər. Kurskdan əvvəl belə bir hiss var idi ki, müharibə kifayət qədər proqnozlaşdırıla bilər. Hətta müharibə artıq “donmuş” kimi qəbul edilirdi”. (Axar)

Tacxeber.com

Oxşar xəbərlər

İntim videoları yayılan FHN polkovnikinin istintaqı yekunlaşdı: İki qadın zərərçəkmiş qismində tanındı

redaktor

Kadırovun qəribə videosu yayıldı: “Anama görə hər şey edəcəyəm” – VİDEO

redaktor

Marsda hava ilə nəfəs alsanız, nə olar?

redaktor