16 C
Bakı
28 Sentyabr 2025 00:09
GündəmŞou

“Bakılı oğlanlar”ın Vaynşteyninin xanımı ilə ŞIDIRĞI RƏQSİ – VİDEO

“Bakılı oğlanlar”ın Vaynşteyninin xanımı ilə ŞIDIRĞI RƏQSİ –VİDEO

“Bakılı oğlanlar” KVN komandasının məşhur üzvü, Rusiyanın “NTV” kanalının baş prodüseri Timur Vaynşteyn həyat yoldaşı 42 yaşlı Yana Batırşina ilə birgə qatıldığı məclislərin birində Azərbaycan musiqisi sədaları altında şıdırğı rəqsi ilə gündəmə gəlib.

Sözügedən görüntüləri Y. Batırşina sosial şəbəkə hesabında paylaşıb.

Yana yayımladığı kadrlara “Həyatımızın ən yaxşı yayı idi. Maraqlı, çoxlu xoş hadisələr oldu. Təəssüf ki, bu qədər tez bitdi və pərəstiş etdiyimiz bütün Azərbaycan rəqsləri uzun olmadı. Yay 2022, hər şey üçün təşəkkürlər” şərhini yazıb.
Qeyd edək ki, uzun zamandır Rusiyada yaşayan 48 yaşlı Timur Vaynşteyn 20-dən çox film və seriala prodüserlik edib. Yana Batırşina gimnastika üzrə Əməkdar idman ustasıdır. Hazırda isə o, idman jurnalisti kimi rus kanallarının birində çalışır. Cütlüyün iki qız övladı var.

Rəşad Əliyev, Bizim.Media

Tacxeber.az

Oxşar xəbərlər

Fədayə uzun aradan sonra Azərbaycana qayıtdı – Maraqlı səbəb

redaktor

Çingiz Abdullayev yenidən gündəmdə

redaktor

Ərdoğan FİFA-nın hədiyyə etdiyi topa başla zərbə endirdi – VİDEO

redaktor