Hadisə

Azyaşlı oğlunu sosial şəbəkədə satmaq istəyən ananın GÖRÜNTÜLƏRİ

Sosial şəbəkədə övladını satışa çıxaran ana Nəzrin Qurbanova Baku TV-yə danışıb.

Tacxeber.com xəbər verir ki, o, elanı imkansızlıq ucbatından verdiyini söyləyib:

“Kirayədə qalıram. Ailədə problem olduğu üçün övladımı sosial şəbəkədə paylaşdım. Onsuz da uşağımı satmayacaqdım. Heç bir valideyn övladını satmaz”.

Uşağını satmaq istəyən ananın sözlərinə görə, onu oğlunun yanına buraxmırlar:

“Uşağımı istəyirəm, başqa heç nə istəmirəm. Doğma atası qoyub gedib, heç olmasa mən baxım”.

Ətraflı süjetdə:


Tacxeber.com

Oxşar xəbərlər

Ukrayna Baş naziri Rusiyanın hücumundan sonra Nazirlər Kabineti binasının içəridə necə göründüyünü göstərib – FOTO

redaktor

Elçibəyin qardaşı qızı işdən çıxarılıb

admin

Zaqatala Dövlət Təbiət Qoruğununda da yanğın baş verib

admin