13 C
Bakı
30 Mart 2026 10:30
Dünyaİdman

Mariya Stadnikin də yarışdığı çəkidə finalçı diskvalifikasiya edildi

Paris-2024-də 50 kq çəki dərəcəsində finala adlayan Hindistanlı qadın güləşçi Vineş Phoqat (50 kq) yarışdan kənarlaşdırılıb.

 

Bu barədə Hindistanın olimpiya komandasının rəsmi sosial şəbəkə hesablarında məlumat yayılıb.

Belə qərar verilməsinə səbəb isə Vineşin 100 qram artıq çəkidə olmasıdır. Ona görə də idmançı diskvalifikasiya edilib.

 

Bu gün Vineş Phoqat ilə ABŞ təmsilçisi Sara Hildebrandt arasında final görüşü keçirilməli idi. Lakin Phoqat bu diskvalifikasiyaya görə gümüş, Hildebrandt isə qızıl medal alacaq.

Qeyd edək ki, 50 kq çəkidə Azərbaycan təmsilçisi Mariya Stadnik də mübarizə aparıb. O, 1/4 final mərhələsində Dolqorjavin Otqonjarvala (Monqolustan) uduzub və turnirlə vidalaşıb.  (Qol)

Tacxeber.com

Oxşar xəbərlər

“Mən Putini tanıyıram” – Lukaşenko Priqojinin ölümündən danışdı

redaktor

“Paşinyan Moskvaya gələcək və “məni bağışlayın” deyəcək” – Alen Gevondyan

redaktor

Cəbrayıl Dövlətzadənin doğum günüdür

redaktor