DünyaGündəm

Xamenei İsrailə birbaşa hücum əmri verib

İranın ali dini lideri Ayətullah Əli Xamenei HƏMAS lideri İsmayıl Haniyənin öldürülməsinə cavab olaraq İsrailə birbaşa zərbə endirilməsi barədə göstəriş verib.

 

Bu barədə “The New York Times” qəzeti üç mənbəyə istinadən yazıb.

Nəşrin məlumatına görə, iyulun 31-də səhər saatlarında Əli Xamenei İranın Ali Milli Təhlükəsizlik Şurasının növbədənkənar iclasını keçirib. Qeyd olunur ki, o, bu görüşdə İsrailə zərbə endirmək əmrini verib.

 

Cavab zərbəsinin konkret nə olacağı məlum deyil. NYT mənbələri qeyd edir ki, İran hərbçiləri Təl-Əviv və Hayfa bölgəsindəki hərbi obyektlərə pilotsuz təyyarələr və raketlərdən istifadə edərək hücum edə bilər.

Cavab zərbəsi variantlarından biri də İran ərazisindən deyil, müttəfiq ölkələrin, o cümlədən Yəmən, Suriya və İraq ərazilərindən hücumdur.

 

Qeyd edək ki, İsmayıl Haniyə ötən gün Tehranda qaldığı iqamətgahda öldürülüb. İran hücuma görə İsraili günahlandırıb.

Tacxeber.com

Oxşar xəbərlər

Türkiyə Cümhuriyyətinin qurulmasının 100 illiyidir

admin

Sürücülük vəsiqələri ilə bağlı yenilik – Prezident qanunu imzaladı

redaktor

Bu zərif və sadə qadın Rusiyanın bütün təxribatları boşa çıxarmağı bacara bildi.

admin