24 C
Bakı
13 Avqust 2025 23:39
Hadisə

Başına bit düşən uşaq o dərmandan istifadə edib dünyasını dəyişdi

Xızı rayon Altıağac qəsəbəsində 2017-ci il təvəllüdlü Eyvazlı Ümid Mərdan oğlu bədbəxt hadisə nəticəsində ölüb.

 

“Qafqazinfo”nun məlumatına görə, 7 yaşlı uşağın başına bit düşüb.

 

Bundan sonra azyaşlı, başına mal-qara üçün nəzərdə tutulan neastol dərmanı töküb. Gənə və parazitlərə qarşı istifadə edilən maye dərmanın tətbiqindən sonra uşağın halı pisləşib və o, Xızı rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

 

Oradan da Bakıya Respublika Klinik Xəstəxanasına gətirilən uşaq yolda dünyasını dəyişib.

 

Faktla bağlı Xızı Rayon Prokurorluğunda araşdırma aparılır.

Tacxeber.com

Oxşar xəbərlər

Ramazan bayramı münasibətilə ziyarətgaha gedənlərin avtobusu dərəyə aşdı

redaktor

Jurnalist həbsdə qaldı

admin

Azərbaycanda güclü külək yanacaqdoldurma məntəqəsinin damını uçurdu – VİDEO

redaktor