Cəmiyyət

Qurban Qurbanova sərvət dəyərində nömrə hədiyyə edilib? – RƏSMİ AÇIQLAMA

 

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanova Baş Dövlət Yol Polisi İdarəsinin rəisi polis general-mayoru Ramiz Zeynalov tərəfindən bahalı avtomobil nömrəsi hədiyyə edildiyinə dair məlumatlar yayılıb. Məlumatda generalın Ağdam klubunun çalışdırıcısına 77-QQ-777 dövlət nömrə nişanını bağışladığı vurğulanıb.

 

Məsələ ilə bağlı “Qarabağ” klubunun Mətbuat Xidmətinin rəhbəri Anar Hacıyev “Qafqazinfo”ya açıqlama verib.

 

Klub rəsmisi yayılan məlumatların həqiqətəuyğun olmadığını bildirib:

 

“Bu xəbər nəyə əsasən ortaya atılıb, bizə məlum deyil. Xəbər reallığı əks etdirmir. Yayılan fotodakı nə avtomobilin, nə də həmin nömrənin Qurban Qurbanova aidiyyəti var”.

Tacxeber.com

Oxşar xəbərlər

Vətəndaşın nəfəsi də vergiyə düşəcək

redaktor

Qüdrətin “Quran azərbaycanca oxunsun” arzusu

redaktor

Apellyasiya Məhkəməsi Rüfət Səfərovun 8 illik həbs cəzasını qüvvədə saxladı

admin