Dünya

Kim Çen Inın bacısı hədələdi: “Bədəl ödəməyə hazır olun”

Şimali Koreya Cənubi Koreyanın “anti-Pxenyan bukletləri” göndərməsinə reaksiya verib.

 

Tacxeber.com xəbər verir ki, bu barədə Şimali Koreya Mərkəzi Xəbər Agentliyi məlumat yayıb.

 

Bildirilir ki, Şimali Koreya lideri Kim Çen Inın bacısı Kim Yo-jonq Cənubi Koreyanı həyata keçirdiyi “çirkli oyun”a görə tənqid edib. O, ölkəni sərhədin şimalına “Pxenyan administrasiyasını tənqid edən bukletlər” göndərməkdə ittiham edib.

 

“Cənubi Koreya çirkli oyunları üçün böyük bir bədəl ödəməyə hazır olmalıdır”, – Yo-jonq bildirib.

 

Qeyd edək ki, Cənubi Koreyada üzvləri şimaldan qaçqın olan qruplar sərhəddən keçərək Şimali Koreyaya Pxenyanı tənqid edən məzmunu olan nəhəng helium dolu şarlar göndərirlər.

Tacxeber.com

Oxşar xəbərlər

Zelenski buna son qoyur: ərazilərin taleyini Putinlə ancaq üz-üzə müzakirə edəcəyik

redaktor

Naci Görürdən çaşdırıcı zəlzələ açıqlaması: Qaçmaq şansı yoxdur

redaktor

Bu tavalar Avropada qadağan olundu – Xəstəlik YAYIR

redaktor