Dünya

Aleksey Navalnının həyat yoldaşı barədə həbs qərarı verildi

 

Moskvanın Basmannı rayonu məhkəməsi Aleksey Navalnının dul arvadı Yuliyanı ekstremist təşkilatda iştirak etdiyinə görə qiyabi həbs etmək barədə qərar verib.

 

Tacxeber.comOxu.az-a istinadən xəbər verir ki, bu barədə məhkəmənin mətbuat xidmətindən məlumat verilib.

 

“Navalnaya Y.B. Rusiya Federasiyası Cinayət Məcəlləsinin 282.1-ci maddəsinin 2-ci hissəsində nəzərdə tutulmuş cinayəti törətməkdə ittiham olunur. Yuliya Borisovna ibtidai istintaq orqanlarından gizlənib və buna görə də axtarışa verilib. Məhkəmə istintaqın vəsatətini təmin edib və onun barəsində iki ay müddətinə həbs qətimkan tədbiri seçilib”, – məlumatda deyilir.

 

Bildirilir ki, müddət Navalnayanın Rusiya Federasiyası ərazisinə ekstradisiya edildiyi andan və ya Rusiya ərazisində saxlandığı andan hesablanacaq.

Tacxeber.com

Oxşar xəbərlər

Hörmüz boğazını bağlayacayıq – İran

admin

Petrosyan: İran və Rusiyanın sülh sazişinə susqunluğu məni çaşdırır

redaktor

“Humanitar fasilədən sonra Qəzzaya hücumlar davam edəcək” – İsrail

redaktor