28 C
Bakı
12 Avqust 2025 19:12
İdmanQalmaqal

Kadi niyə “Qarabağa” qayıtmadı? – Ağdam klubu daha çox pul təklif etsə də…

Braziliyalı yarımmüdafiəçi Kadi Borgesin “Qarabağ”a qayıtmaması müzakirə mövzusuna çevrilib.

 

 Macarıstanın “Ferentsvaroş” klubuna keçən vingerin Azərbaycan klubu əvəzinə, fərqli komandanı seçməsi tənqid edilib.

Ağdam klubunun Kadi üçün çıxış etdiyi Rusiyanın “Krasnodar” klubuna daha az məbləğ təklif etdiyi deyilir.

 

Əldə etdiyimiz məlumata görə isə, “Qarabağ” Kadi üçün “Ferentsvaroş”dan daha çox transfer ödənişi təklif edib. Hətta Ağdam təmsilçisi futbolçunun özü ilə də razılıq əldə edib.

Lakin “Krasnodar” braziliyalı oyunçunu Azərbaycan klubuna satmaqdan imtina edib. “Qarabağ” nə qədər israr etsə də, rusiyalılar fikrindən daşınmayıb.

 

Qeyd edək ki, hələ Kadi “Krasnodar”a gedərkən “Qarabağ” onu satmaq istəməyib. Lakin futbolçunun müqaviləsində yer alan 5 milyonluq transfer məbləği bəndinə görə məcbur oyunçunu buraxmalı olub.

Xatırladaq ki, Kadi Borxes 2021/22-ci illərdə “Qarabağ”da çıxış edib.

Tacxeber.com

Oxşar xəbərlər

Emreli ilə Kloze arasında nə baş verib? – Narazılığın təfərrüatı

admin

ÇL-in bu gün oynanılacaq oyunlarına bu kanallarda baxa bilərsiniz.

admin

ÇL-in oyununda biabırçılıq, şahzadə qəzəbləndi – VİDEO

redaktor