24.5 C
Bakı
09 İyun 2026 18:14
Dünya

Atatürkün bugünədək bilinməyən imzaları yayıldı

Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün müxtəlif vaxtlarda istifadə etdiyi imzalar yayılıb.

 

Tacxeber.com xəbər verir ki, imzalar ölkənin Milli Müdafiə Nazirliyi tərəfindən ictimaiyyətə təqdim edilib.

 

Yeni yayılan imzalar onun bugünədək bilinən, simvolik olaraq istifadə olunan imzasından fərqlənir.

 

Qeyd olunub ki, ilkin imzada sonunda “K” hərfi aşağıdan-sağa doğru uzanıb.

 

Nazirliyin Arxivlər və Hərb Tarixi İdarəsi Atatürkün 1915-ci ildə Anafartalar Qrupu Komandiri, 1919-cu ildə Nümayəndələr Komitəsinin sədri olarkən, habelə, Sakarya döyüşü və Böyük Hücumdan sonra istifadə etdiyi imzaları da paylaşıb.

 

İmzalar arasında liderin 1928-ci ildə əlifba islahatından sonra istifadə etdiyi türkcə ilk imzası da yer alıb.

 

Oxşar xəbərlər

Putin hər kəsin gözü qarşısında ona kompliment dedi – VİDEO

redaktor

“Bu ərazilərimizdən imtina edəcəyik” – Zelenskidən ŞOK

redaktor

İran Rusiyanı İsrailə kəşfiyyat məlumatı verməkdə ittiham etdi

redaktor