23.7 C
Bakı
29 İyun 2026 02:42
CəmiyyətGündəmİdman

Niyə Qurban Qurbanov AFFA-nın Santuşla bağlı iclasına qatılmadı

AFFA İcraiyyə Komitəsinin (İK) onlayn formatda keçirilən son iclasında maraqlı hadisə yaşanıb.

 

AFFA İK-nin üzvü və “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov iclasda iştirak etməyib.

 

Qeyd edək ki, bu iclasda Azərbaycan millisinin baş məşqçiliyinə təyinat müzakirə olunub. Müzakirələr nəticəsində portuqaliyalı Fernandu Santuş millinin baş məşqçisi təyin edilib.

 

AFFA-nın mətbuat xidmətinin rəhbəri Elnur Məmmədli QOL.az saytına açıqlamasında məlumatı təsdiqləyib. Onun sözlərinə görə, Qurban Qurbanov baş məşqçi məsələsinin həssaslığını əsas gətirərək toplantıda iştirak edə bilməyəcəyini deyib.

Tacxeber.com

Oxşar xəbərlər

Mirşahinin qardaşı həbs edilib.

admin

İran XİN Azərbaycan Prezidentinin bəyanatına münasibət bildirdi

redaktor

SON DƏQİQƏ! DTX mənzillərin videokamera görüntülərini ələ keçirən şəbəkəni İFŞA ETDİ

redaktor