Dünya

Bayden Zelenskidən üzr istədi

 

ABŞ Prezidenti Co Bayden aprel ayında Ukraynaya hərbi yardımın aylarla gecikməsinə görə ukraynalı həmkarı Volodimir Zelenskidən üzr istəyib.

 

Tacxeber.com xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

 

Bildirilib ki, liderlər Parisdə bir araya gəliblər.

 

Zelenskiyə “yanındayıq” mesajını verən Bayden, Ukraynaya 225 milyon dollarlıq yeni yardım paketini açıqlayıb.

 

Digər tərəfdən, ABŞ Konqresində Ukraynaya 61 milyard dollarlıq hərbi dəstək nəzərdə tutan yardım paketinin qəbulunun aylarla gecikməsinə görə Zelenskidən üzr istəyib.

 

Zelenski isə ABŞ-nin Ukraynaya “çiyin-çiyinə” dəstəyi davam etdirəcəyinə inandığını təkrarlayıb.

Tacxeber.com

Oxşar xəbərlər

Ərdoğan Trampla nələrdən danışdı?

admin

Lukaşenko İLK DƏFƏ açıqladı: “Putin müharibədən öncə dedi ki, “nəsə olsa, məni qoru”” – Video

admin

Livan hərəkətə keçdi: İsrail raket atəşinə tutuldu

redaktor