20 C
Bakı
10 Oktyabr 2026 17:56
Dünya

“Mən zarafat eləmirəm, bunu Ərdoğana çatdırın” – Putin

 

Bəzi sahələrdə Türkiyə Ukrayna ilə əməkdaşlıq edir və eyni zamanda Ukrayna Türkiyəyə qaz ötürən kəmərlərə hücum etməyə çalışır.

 

Tacxeber.com bildirir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Peterburq Beynəlxaq İqtisadiyyat Forumu çərçivəsində “Anadolu” agentliyinin müxbiri Yusif Özxana müsahibəsində deyib.

 

“Bu, zarafat deyil, heç bir şişirtmə də yoxdur. Rusiya elektron döyüş sistemləri tərəfindən zərərsizləşdirilən iki PUA Qara dəniz sahilindəki bu qaz-nasos stansiyasının yanına düşüb. Mən burada bir şey uydurmuram, heç nə icad etmirəm, bu belədir. Sadəcə olaraq, reallıqda baş verənlər barədə dostumuz Prezident Ərdoğana məlumat verin. Qara dənizin dibi ilə salınan bu qaz nəqli sistemini qoruyan gəmilər isə daim bu pilotsuz katerlərin hücumu altındadır”, – Putin bildirib.

Tacxeber.com

Oxşar xəbərlər

22 yaşlı Çarli Cons 9 yaşlı həyat yoldaşı Yunis Uinsted ilə. 19 iyun 1937-ci il, ABŞ

redaktor

Moskva son illərdə ən böyük dron hücumlarından birinə məruz qalıb

redaktor

Yəməndə dəyişən hərbi-siyasi vəziyyət “Məkkə sazişi”ni ilk ciddi sınaq qarşısında qoyur

redaktor