15 C
Bakı
26 Mart 2026 19:26
Cəmiyyətİdman

“Qarabağ” Vadjinin transfer dəyərini rəsmən elan etdi.

Xəbər verdiyimiz kimi, “Qarabağ” futbolçusu İbrahima Vadjini Fransanın “Sent-Etyen” klubuna satıb. Fransa mediası bu transfer üçün “Qarabağ”a 1 milyon avro təzminat ödəniləcəyini yazıb.

Ağdam klubunun baş meneceri Asif Əsgərov isə Qol.az saytına verdiyi açıqlamada məbləğin daha yüksək olduğunu bildirib.

“Artıq Vadji “Sent-Etyen”ə transfer olunub. Bununla da “Qarabağ” Azərbaycan futbol tarixinin ən bahalı satışını gerçəkləşdirdi. Klubumuz Vadjini 1 milyon 600 min avroya “Sent-Etyen”ə satdı”.

Qeyd edək ki, “Sent-Etyen” də Vadjinin transferini rəsmən açıqlayıb. 27 yaşlı hücumçu ilə 3 illik müqavilə imzalanıb. O, yeni komandasında 25 nömrəli formanı geyinəcək.

Xatırladaq ki, ötən yay Ağdam klubuna transfer olunmuş seneqallı futbolçu “Qarabağ”da keçirdiyi 36 oyunda 20 qol vurub və 4 məhsuldar ötürmə edib.

Tacxeber.az

Oxşar xəbərlər

“MƏN NƏ EDİM, DEYİM ADINA EV OLMASIN?” – Vidadi Zeynalov milyonluq əmlaklardan danışdı

redaktor

Taksi sürücüləri narazıdır – “Bir neçə saniyəyə görə cərimə olunuruq”

redaktor

Yunus Oğuz prezidentliyə namizədliyini irəli sürdü – Foto

redaktor