Cəmiyyətİdman

“Qarabağ” Vadjinin transfer dəyərini rəsmən elan etdi.

Xəbər verdiyimiz kimi, “Qarabağ” futbolçusu İbrahima Vadjini Fransanın “Sent-Etyen” klubuna satıb. Fransa mediası bu transfer üçün “Qarabağ”a 1 milyon avro təzminat ödəniləcəyini yazıb.

Ağdam klubunun baş meneceri Asif Əsgərov isə Qol.az saytına verdiyi açıqlamada məbləğin daha yüksək olduğunu bildirib.

“Artıq Vadji “Sent-Etyen”ə transfer olunub. Bununla da “Qarabağ” Azərbaycan futbol tarixinin ən bahalı satışını gerçəkləşdirdi. Klubumuz Vadjini 1 milyon 600 min avroya “Sent-Etyen”ə satdı”.

Qeyd edək ki, “Sent-Etyen” də Vadjinin transferini rəsmən açıqlayıb. 27 yaşlı hücumçu ilə 3 illik müqavilə imzalanıb. O, yeni komandasında 25 nömrəli formanı geyinəcək.

Xatırladaq ki, ötən yay Ağdam klubuna transfer olunmuş seneqallı futbolçu “Qarabağ”da keçirdiyi 36 oyunda 20 qol vurub və 4 məhsuldar ötürmə edib.

Tacxeber.az

Oxşar xəbərlər

Aqil Abbas: “Messini Bakıya gətirmək üçün nə qədər xərcləri çıxıb, bilmirəm, amma belə olmalıdır də…”

redaktor

Şərurlu İsfəndiyardan daha bir şikayət: “18 ildir mənə 73 min dollar borcludur”

redaktor

“Bizdə qadınlar dilənir, kişilər evdə oturur…” – VİDEO

redaktor