24 C
Bakı
13 Avqust 2025 06:30
CəmiyyətGündəm

Ukrayna hərbiçıləri taxta HİMARS-larla rusları belə aldadıblar – Şok

Rusiya ordusu indiyədək ukraynalıların “yem” məqsədilə taxtadan düzəltdikləri HİMARS-lara azı 10 “Kalibr” raketi istifadə edib.

Bu barədə “Vaşinqton Post” nəşri mənbələrinə istinadla məlumat yayıb.

Nəşrin məlumatına görə, Ukrayna hərbçilərinin taxtadan düzəltdikləri HİMARS-ları Rusiya PUA-ları real olanlardan fərqləndirə bilməyib. PUA-lar da “texnika”nın koordinatlarını Qara dənizdəki raket daşıyan gəmilərə ötürüb. Cəmi bir neçə həftə ərzində yalançı hədəflərə 10 “Kalibr” raketi atılıb. Hətta ukraynalıların bu addımı o qədər uğurlu olub ki, saxta HİMARS istehsalını genişləndiriblər.

Nəşr yazıb ki, rus hərbi komandanlığı indiyədək Ukraynanın aldığından çox HİMARS məhv etdiyini elan edib.

Tacxeber.az

Oxşar xəbərlər

“Aİ ilə danışıqların başlamasına dair sənədə bu gün imza atmağa hazıram” – Kobaxidze

admin

Türkiyə və Türkmənistan qaz tədarükü barədə razılığa gəliblər

admin

Meydan TV işi: Hakimiyyətyönlü media orqanlarının yaydıqları materiallarda təqsirləndirilən şəxslərin hansı hüquqları pozulur?

admin