30 C
Bakı
12 Avqust 2025 11:41
Cəmiyyət

Hesablardan 30 min oğurladı – Onlayn oyunlarda diqqətli olun!

Sosial şəbəkələrdə “feyk” hesablar açaraq, onlayn oyunlara qoşulan istifadəçilərin kart hesablarının talanması barədə polisə çoxsaylı müraciətlər daxil olub.


Tacxeber.com
xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Məlumata görə, polis əməkdaşlarının paytaxt ərazisində həyata keçirdikləri əməliyyat tədbiri nəticəsində bu əməli törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, 2003-cü il təvəllüdlü Zaur Teymurxanov müəyyən olunaraq saxlanılıb.

Araşdırmalarla həmin şəxsin sosial şəbəkələrdəki qanunsuz fəaliyyəti nəticəsində 19 nəfərin kartını taladığı məlum olub. Z.Teymurxanov bu yolla 30 min manata yaxın maddi vəsaiti dələduzluq yolu ilə ələ keçirərərk öz kart hesabına köçürüb.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.

Z.Teymurxanovun qanunsuz əməllərindən zərərçəkən başqa şəxslər varsa, bu barədə polisə müraciət edə bilərlər.

“Bir daha vətəndaşlarımızı sosial şəbəkələrdə diqqətli olmağa çağırır, tanımadıqları şəxslərə, etibar etmədikləri səhifələrə onlayn qaydada ödəniş etməməyi tövsiyə edirik. Kibercinayətkarlıqla üzləşən şəxslər bu barədə polis orqanlarına məlumat verə bilərlər”, – məlumatda qeyd edilib.

Tacxeber.com

Oxşar xəbərlər

“Euronews” müxbiri Laçın postunda erməniləri məyus etdi

redaktor

Artımlar hansı aydan ödəniləcək? – Pensiya haqda daha bir AÇIQLAMA

redaktor

Ələsgər Məmmədli barədə qərar qəbul olundu

admin