16 C
Bakı
22 Oktyabr 2026 10:56
CəmiyyətQalmaqal

Vəfat etməsi haqda xəbəri yayılan Əməkdar artist: “Səhər tezdən hamı evimə gəlir”

“Səhərin gözü açılmamış evimiz adamla dolub, biri gedib, biri gəlir. Hamısını da özüm qarşılayıram. Deyirlər ki, Yusif müəllim, ölüm xəbərinizi eşidib gəlmişik. Cavab verirəm ki, ölü də qonaq qarşılayar?”

 

Tacxebər bildirir ki,  “Azərbaycan Reallığı”na açıqlamasında Əməkdar artist Yusif Mustafayev ölüm xəbərindən danışarkən deyib.

Müğənni yayılan bu məlumatdan narahatıq keçirdiyini vurğulayıb:

“Telefonlar susmur, hamı zəng edir. Ailəm, qohumlarım narahat olublar. Eşitmisən, bir dəqiqləşdir də. Çox pis olmuşam. Anlaya bilmirəm ki, niyə bu insanlar bəd xəbəri xoşlayırlar”.

 

Yusif Mustafayev ölüm xəbərini yayanlara mesaj verib:

“Əzrayıl mələkdir, onun bunlardan xəbəri yoxdur. Bu xəbəri yayanların acığına yaşayacağam”.

Qeyd edək ki, bu gün səhər saatlarında sosial şəbəkələrdə Əməkdar artist Yusif Mustafayevin ölüm xəbəri yayılıb.

Tacxeber.com

Oxşar xəbərlər

Güclü dövlət yalnız güclü və sağlam cəmiyyət üzərində qurula bilər

redaktor

Yaxşı mübarizə, məyusedici nəticə

admin

Forbes: “Hicab və İsrail məsələsi Türkiyə ilə Azərbaycan arasında gərginlik yaradıb”

admin