24 C
Bakı
22 İyun 2025 15:33
Dünya

İran, Azərbaycan və Rusiyanın elektrik şəbəkələri birləşdiriləcək

İran, Azərbaycan və Rusiyanın elektrik şəbəkələrinin birləşdirilməsi istiqamətində proyekt üzərində işlər yekunlaşmaq üzrədir və tezliklə icra mərhələsinə keçəcək.

 

Tacxeber.com xəbər verir ki, bunu İranın Energetika Nazirliyinin nəzdindən fəaliyyət göstərən Beynəlxalq Mərkəzin direktoru Muctaba Əkbəri deyib.

 

Onun sözlərinə görə, bu layihə çərçivəsində belə bir imkan yaranacaq ki, İran ehtiyacı olduğu zaman elektrik idxal edəcək və elektrik istehlakı az olduğu zaman elektriki ixrac edəcək.

 

İran rəsmisi İran və Türkiyə arasında elektrik mübadiləsi üzrə müzakirələrin başlandığını və gələn 2 ay ərzində tam məlumatların elan olunacağını da diqqətə çatdırıb.

 

 

Qeyd edək ki, İran, Azərbaycan və Rusiya arasında Şimal-Cənub enerji dəhlizinin yaradılması layihəsi üzərində işlər aparılır. Məqsəd üç ölkənin elektrik şəbəkələrinin sinxron edilməsidir. Bu layihə ilə bağlı lazımi layihələndirmə işlərini İranın “Monenko” Şirkəti həyata keçirib.

Tacxeber.com

Oxşar xəbərlər

Dağıstan rəhbəri Sergey Məlikovun səhhəti pisləşib?

admin

Erməni və gürcü oğrular arasında dava düşdü

redaktor

Zaxarova Azərbaycana təşəkkür etdi: 550 Rusiya vətəndaşı…

redaktor